İranda son günlər baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın meşələrin, əkin sahələrinin və su resurslarının mühafizəsi üzrə təşkilatın sədri Əli Abbasnejad deyib.
O deyib ki, baş vermiş yanğınların bir qismi quru hava şəraiti ilə əlaqəli olsa da, bir qismi şübhəlidir və qəsdən törədilib. Ğ
Qeyd edək ki, ötən həftələr İranın qərb və şimal bölgəsində meşə yanğınları baş verib. İran rəsmiləri bu yanğınların qəsdən törədildiyini bildirir.
Meşə yanğınları minlərlə hektarda ağacın yanması ilə yanaşı bir neçə nəfər ekoloji fəalın ölməsinə səbəb olub.