İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 153 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 20 125 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 444 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 350 279 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 302 528 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 868 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.