İranda koronavirusdan daha 11 nəfər ölüb.
APA-nın "Hurriyyet"ə istinanadən xəbərinə görə, bununla da bu ölkədə virusdan ölənlərin sayı 77-ə, xəstəliyə yoluxanların sayı isə 2336-a çatıb.
***
13:49
İran koronavirusla mübarizədə Rusiyadan kömək istəyib.
APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib. Diplomat "Sputnik"in İranın COVID-19-la mübarizədə Rusiyadan kömək istəməsi barədə sualına cavabında "Bəli, belə bir söhbət var", - deyib.
Kazım Cəlali İranda bu günə qədər 1500-dən çox insana yoluxan və 60-dan çox insanın ölümünə səbəb olan virusun qarşısının alınması istiqamətində göstərilən bütün yardımları alqışladığını deyib.
"Bütün ölkələrin, o cümlədən müttəfiqlərin humanitar yardımlarını alqışlayırıq", - K.Cəlali bildirib.