İran parlamentinin daha bir deputatı koronavirusdan ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, Tehrandan deputat seçilən Fatimə Rəhbər ötən gün müalicə aldığı xəstəxanada komaya düşüb və bu gün həyatını itirib.
F.Rəhbər İslam Koalisiya Partiyası Mərkəzi Şurasının üzvü idi.