İranda 15-dən çox əyalətə giriş qadağan edildi
07 mart 2020 16:24 (UTC +04:00)

İranda 15-dən çox əyalətə giriş qadağan edildi


İranda yeni tip koronavirus (COVİD-19) təhlükəsi ilə əlaqədar 15-dən çox əyalətə girişə qadağa qoyulub.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, indiyə qədər Yəzd, Gilan, Fars, Qəzvin, Zəncan, Ərdəbil, Kirman, İsfahan, Gülüstan, Semnan, Loristan, Mazandaran, Kirmanşah, Rəzəvi Xorasan, Kohgiluye-Buyer Əhməd və Sistan-Bəlucistan əyalətlərinə səyahətə müvəqqəti qadağa qoyulub.

Buşəhr əyalətinin Bəndər Günavə, Şərqi Azərbaycan əyalətinin Ares Azad Ticarət və Sənaye Bölgəsi və Qərbi Azərbaycan əyalətinin Maku Azad Ticarət və Sənaye Bölgəsinə də girişlər qadağan olunub.

Qeyd edək ki, indiyə qədər İranda 124 nəfər koronavirusdan həyatını itirib, 4 747 nəfər bu xəstəliyə yoluxub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1679
avatar

Oxşar yazılar