İran 70 min məhkumu evə buraxacaq - SƏBƏB
09 mart 2020 19:46 (UTC +04:00)

İran 70 min məhkumu evə buraxacaq - SƏBƏB

İranda koronavirusla mübarizə aparmaq üçün məhkumların evə buraxılmasına qərar verilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə sədri İbrahim Rəisi açıqlama verib.

Sədr koronavirusa zəmin yaradan xəstəliklərə tutulmamaları üçün 70 min məhkumun ictimai asayişi pozmamaq şərtilə evə buraxılacağını dilə gətirib.

Xatırladaq ki, son zamanlar koronavirusun İranda məhkumlara da yoluxacağı məsələsi gündəmə gəlmişdi. Ölkədə bu virusdan ölənlərin sayı 237-ə, yoluxanların sayı isə 7161-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4099
avatar

Mehman Nəbiyev

Oxşar yazılar