Hərbi analitiklər hesab edir ki, növbəti Dünya müharibəsi tarixdə görünməmiş dəhşətlərlə yadda qalacaq.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, III Dünya müharibəsinin iki nüvə dövləti - Hindistan və Pakistan arasında bu gün mövcud olan münaqişədən qaynaqlanacağı ehtimal edilir.
Hesablamalara görə, nüvə müharibəsində bir həftədən az müddətdə qurbanların sayı 125 milyona çatacaq ki, bu da II Dünya müharibəsi illərində ölənlərdən daha çoxdur.
Amerikalı mütəxəssislərin fikrincə, Dehli və İslamabadda artıq nüvə başlığı olan 150 raket var. 2025-ci ilə qədər onların sayı 200-dən çox olacaq.
“Nüvə silahlarından istifadə edilsə, bütün planet mənfi nəticələr yaşayacaq. Bu, dünyada temperaturun kəskin düşməsinə səbəb olacaq - Buz dövründən bəri görünməyən soyuqlar gələcək”.
Kolorado Universitetinin atmosfer və kosmik fizika laboratoriyasının professoru Brian Tunun da qənaətinə görə, Hindistan və Pakistan arasındakı müharibə dünyada ölüm nisbətini iki qat artıracaq:
“Atmosferə atılan 80 milyard funt dəyərindəki nüvənin yaratdığı qalın qara tüstü günəş şüalarına maneə törədəcək və planetdəki orta temperatur kəskin aşağı düşəcək. Okeandakı yosunlar və qurudakı bitki örtüyü inkişafdan qalacaq. Bütün bunlar qida zəncirinin daha yüksək bağlarında yerləşən orqanizmlərə, o cümlədən insanlara təsir edəcəkdir.
Xatırladaq ki, Hindistan və Pakistan arasında yaşanan mübahisəli Kəşmir problemi bu gün də həllini tapmayıb.