Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1351 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 21 208 nəfərə, ölənlərin sayı 172 nəfərə çatıb.