Fransada nazir koronavirusa yoluxub
10 mart 2020 03:20 (UTC +04:00)

Fransada nazir koronavirusa yoluxub

 

Fransanın Mədəniyyət naziri Frank Riester koronavirusa infeksiyasına yoluxub.

APA-nın "France 24" telekanalına istinadən verdiyi xəbərə görə, ölkənin Mədəniyyət Nazirliyindən verilən açıqlamada 46 yaşlı nazirin vəziyyətinin yaxşı olduğu deyilib.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanlar arasında beş millət vəkili də yer alır. F.Riester ötən həftə Fransa parlamentində iştirak etmişdi. Virusun nazirə həmin millət vəkillərindən keçmiş ola biləcəyi ehtimal edilir.

Fransada koronavirusdan ölənlərin sayı isə 25-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Oxşar yazılar