Türkiyənni Artvin vilayətində fermer “Koronavirus” adını qoyduğu 600 kiloluq buğasını yarışlara hazırlayır.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, fermer İsmayıl İldırım “Koronavirus” adını qoyduğu buğasını bəkməz, quru üzüm, arpa ilə bəslədiyini deyib. O, hər gün məşq elətdirdiyi buğasının adı ilə də qorxu saçdığını bildirib. Fermer buğaya bu adın necə qoyulmasından da söz açıb:
“Hazırda bu virus dünyada və ölkəmizdə olduqca müzakirə mövzusudur. Biz də buğamızın yarış meydanlarında özündən söz etdirəcəyini düşündüyümüz üçün bu adı qoyduq. Əslində bu adın hekayəsi otlaqda başladı. Buğamız 21 gün yoxa çıxdı. Qəflətən özü qayıdıb gəldi. Biz də ona həmin gün dünyaya yayılan “Koronavirus” adını qoyduq”.