COVID-19 pandemiyasına görə Ermənistan hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.
APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, Ermənistanın Ədliyyə naziri Rustam Badasyan bildirib ki, 16 mart saat 17:00-dan 16 aprel saat 09:00-a kimi ölkə ərazisində fövqəladə vəziyyət elan olunub.
O qeyd edib ki, fövqəladə vəziyyət koronavirus təhlükəsi ilə əlaqədar elan edilib.
Xatırladaq ki, indiyədək Ermənistanda 30 nəfərin yeni koronavirusa yoluxduğu təsdiqlənib.