Dünyanın ən bahalı brendləri - TOP-10
22 oktyabr 2020 13:49 (UTC +04:00)

Dünyanın ən bahalı brendləri - TOP-10

"Interbrand" şirkəti dünyanın ən bahalı brendlərinin reytinqini hazırlayıb. Siyahıda yer almış 100 şirkətin ümumi dəyəri 2,3 trln. ABŞ dolları məbləğində qiymətləndirilir.

"APA-Economics"in "Interbrand" şirkətinin apardığı illik tədqiqatın nəticələrinə istinadən verdiyi məlumata görə, "Apple" növbəti dəfə dünyanın ən bahalı brendi seçilərək, 8 il ardıcıl olaraq reytinqdə liderliyini qoruyub-saxlayıb. Mütəxəssislər "Apple" brendinin dəyərini 323 mlrd. dollar məbləğində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 38% çoxdur. İkinci yerdə "Amazon" brendi qərarlaşıb. Bu brend ötən ilə nisbətən siyahıda bir pillə irəliləyib. "Amazon"un dəyəri son bir ildə 60% artaraq 200,7 mlrd. dollara çatıb. "Microsoft" isə reytinqin üçüncü pilləsində yer alıb. Bu brend il ərzində 53% bahalaşaraq 166 mlrd. dollara yüksəlib.

Ötənilki reytinqin ikinci pilləsinə layiq görülən "Google" brendi 2012-ci ildən ilk dəfə siyahının ilk üçlüyünü tərk edib. Hazırda şirkət dördüncü yerdədir. Brendin dəyəri 165,4 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu, 2019-cu illə müqayisədə 1% azdır.

Siyahının ilk onluğunda yer alan digər brendlər arasında yerlər dəyişməyib. Yalnız 2019-cu ildə 5-ci və 6-cı yerlərdə olan brendlər yer dəyişikliyi edib – "Samsung" (+2%, 62,3 mlrd. dollar), "Coca-Cola" (-10%, 56,9 mlrd. dollar), "Toyota" (-8%, 51,6 mlrd. dollar), "Mercedes-Benz" (-3%, 49,3 mlrd. dollar), "McDonald's" (-6%, 42,8 mlrd. dollar), "Disney" (-8%, 40,8 mlrd. dollar).

Qeyd edək ki, reytinqdə yer almış 100 brendin ümumi dəyəri 2 366,491 mlrd. dollar məbləğində qiymətləndirilir. Bu göstərici illik müqayisədə 9% artıb.

Xatırladaq ki, 2001-ci ildə sözügedən reytinq ilk dəfə hazırlanarkən, orada yer almış brendlərin ümumi dəyəri 988 mlrd. dollara bərabər idi. Göründüyü kimi, bu göstərici 2,4 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012
avatar

Oxşar yazılar