Çeçenistan rəhbərinin çağırışına qoşulan məmurlar başlarını keçəl qırxdırdılar
23 aprel 2020 10:33 (UTC +04:00)

Çeçenistan rəhbərinin çağırışına qoşulan məmurlar başlarını keçəl qırxdırdılar

Çeçenistanda məmurlar və adi sakinlər respublikanın rəhbəri Ramzan Kadırovun estafetinə qoşulublar.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, Kadırov bərbərxanaların işinə razılıq əlaməti olaraq başını keçəl qırxdırıb və digər kişiləri də bunu etməyə çağırıb.  

Bundan sonra nazirlər və müəssisə rəhbərləri respublika rəhbərinin çağırışına dəstək verdiklərini nümayiş etdirmək üçün özlərinin Instagram səhifələrində başları keçəl fotolarını paylaşıblar. 

Məsələn, parlamentin spikeri Maqomed Davudov estafeti məmnuniyyətlə qəbul etdiyini sübut etmək üçün fotosunu yerləşdirərək yazıb: “Ramzan Axmatoviç heç vaxt pis şey məsləhət görmür”.

Baş nazir müavini Abuzayd Vismuradov, daxili işlər naziri Ruslan Alxanov, nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov da belə fotolarını paylaşıblar. 

Səhiyyə naziri Elxan Süleymanov müavinləri ilə fotosunu yerləşdirərk yazıb: “Səhiyyə Nazirliyinin rəhbərliyi Çeçenistan rəhbərinin estafeti qəbul edən birincilərdəndir”. 

Çeçenistan rəhbərinin çağırışına respublika sakinləri, Daxili İşlər Nazirliyi və Rusiya qvardiyasının komandirləri də qoşulublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3068
avatar

Oxşar yazılar