Qobustanda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Təklə kəndi ərazisində qeydə alınıb.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
Araşdırma aparılır.