Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb.
APA-nın "112.UA" saytına istinadən verdiyi xəbərə görə bu barədə Ukrayna Səhiyyə nazirinin müavini Viktor Lyaşko Nazirlər Kabinetinin təcili iclasında deyib.
O bildirib ki, Ukraynanın Çernovits vilayətindəndə yaşayan koronavirusa yoluxan şəxs bu yaxınlarda İtaliyadan qayıdıb.
Nazir müavini qeyd edib ki, həmin şəxs və birlikdə səyahət etdiyi həyat yoldaşı karantinə alınıblar.