Britaniya məhkəməsi Dubay əmirinin öz övladlarını qaçırması qənaətinə gəlib
06 mart 2020 02:35 (UTC +04:00)

Britaniya məhkəməsi Dubay əmirinin öz övladlarını qaçırması qənaətinə gəlib

 

Britaniya məhkəməsi Dubay şeyxinin iki uşağının qaçırılmasını təşkil etdiyini açıqlayıb.

APA-nın Britaniya bürosunun "Guardian"a istinadən verdiyi xəbərə görə, Britaniya ailə məhkəməsi Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum və Londona qaçan köhnə həyat yoldaşı şahzadə Haya arasında gedən məhkəmə işinə dair bəzi faktlar açıqlayıb.

Məhkəmə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun iki qızının qaçırılaraq Dubaya geri qaytarılmasını təşkil etdiyini açıqlayıb. Buna görə o, 2000-ci ildə Britaniyanın Kembric şəhərində təhsil alan, 19 yaşında olan qızı şahzadə Şəmsin və 2018-ci ildə 32 yaşında olan şahzadə Lətifənin Hind okeanında qaçırılaraq Dubaya geri qaytarılmasını təşkil edib.

Bundan başqa, məhkəmədə Dubay şeyxinin şahzadə Hayaya qarşı bir sıra zorakılıqlar etməsi faktı ortaya çıxıb. Buna görə şeyx şahzadəni helikopterlə qaçırtmağa çalışıb, onun yataq otağına silah qoyulmasını təşkil edərək şahzadə Hayanı uşaqlarını əlindən almaqla təhdid edib.

Qeyd edək ki, şahzadə Haya ilə Dubay şeyxinin 11 yaşlı Cəlilə adlı qızı və 7 yaşlı Zayed adlı iki övladları var. Şahzadə Haya 2019-cu ilin aprel ayında iki övladı ilə Britaniyaya qaçaraq təhlükədə olduğunu bildirib. O, Şeyx Məktum ilə arasındakı nigahın məcburi nigah olduğunu bildirərək iki övladının qəyyumluğu, onların xaricə aparılmamağı və Londonda qalmağı üçün məhkəməyə müraciət edib.

Məhkəmə qərarının dərc olunmasından sonra Şeyx Məktum yazılı açıqlama verərək hökumət başçısı olaraq məhkəmədə iştirak edə bilmədiyini və məsələnin ancaq birtərəfli şəkildə açıqlandığını bildirib. O, məhkəmə qərarının mətbuatda yayılmasının qarşısını almaq istəsə də, buna nail ola bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1552
avatar

Oxşar yazılar