İraqın paytaxtı Bağdadda hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi “yaşıl bölgə” istiqamətində 3 raket atılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı məlumat yayıb.
Raketlərin binalara dəymədən açıq əraziyə düşdüyü bildirilib.
Qeyd edək ki, xəsarət alan olmayıb. Dağıntılar barədə hələlik məlumat verilməyib.