Bu il ərzində ayın tutulma vaxtları açıqlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu, martın 9-da, aprelin 8-də və mayın 7-də reallaşacaq.
Əlavə olaraq bildirək ki, sonuncu ay tutulması bu il fevralın 9-da gerçəkləşib. Sözügedən təbiət hadisəsi zamanı Ay Yerə daha çox yaxınlaşır və aradakı məsafə 355 min kilometr olur. Peykin Yerdən ən uzaqda olduğu məsafə isə 405 min kilometrə gedib çıxır. Arada olan adi məsafə isə 384 min 400 kilometrdir.