Avropa Birliyindən Rusiyaya koronavirus İTTİHAMI: "Dezinformasiya yayır"
18 mart 2020 16:02 (UTC +04:00)

Avropa Birliyindən Rusiyaya koronavirus İTTİHAMI: "Dezinformasiya yayır"

“Reuters” agentliyi Rusiya mediası ilə bağlı qalmaqal doğuran sənədlər əldə edib.

Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Avropa Birliyindən əldə olunan sənədlərdə, Rusiya mediasının koronavirusun təsirini artırmaq panika və inamsızlıq yaratmaq üçün hərəkətə keçdiyi bildirilir.

Sözügedən sənədlərdə, “Rusiya mətbuatı və Kreml yönümlü media tərəfindən “COVİD-19”a dair böyük bir dezinformasiya kampaniyası yürüdülür” sözləri yer alıb.

Avropa Birliyinin Xarici Əlaqələr Xidmətindən verilən sənəddə, “Kremlinin dezinformasiya kampaniyasının məqsədi, qərb ölkələrində səhiyyə böhranını pisləşdirməkdir. Bu məqsəd Kremlin Avropa əhalisinin rifahını pozmaq üçün atdığı addımların bir parçasıdır”, - qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar