ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Rusiyada müddətsiz yaşaya bilər
22 oktyabr 2020 15:58 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Rusiyada müddətsiz yaşaya bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudena Rusiyada müddətsiz yaşamaq icazəsi verilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” E. Snoudenin vəkili Anatoli Kuçerena istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının qanunvericiliyi E. Snoudena ölkədə müddətsiz yaşamaq icazəsinin verilməsini mümkün edir.

Vəkil qeyd edib ki, müddətsiz yaşamaq icazəsinin verilməsi proseduru yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən uzansa da, indi müsbət cavab alınıb.

A. Kuçerena vurğulayıb ki, E. Snoudenin səhhəti qaydasındadır.

Xatırladaq ki, E. Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə aid məxfi sənədləri mətbuata sızdırıb. O, 2013-cü ildə ABŞ-dan qaçaraq Rusiyada müvəqqəti sığınacaq alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar