Rusiyanın paytaxtı Moskva şəhərində maarif nazirinin keçmiş müavini saxlanılıb.
Lent.az-ın Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, keçmiş nazir müavini Marina Rakova 50 milyon rubl (təxminən 1 milyon 170 min manat) dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, bir müddət əvvəl onun haqqında federal axtarış verilmişdi.