5 yaşlı uşaq güllələndi
28 noyabr 2021 06:59 (UTC +04:00)

5 yaşlı uşaq güllələndi

Hadisə ABŞ-ın Bruklin Park şəhərində baş verib.

Lent.az-ın xəbərinə görə, gənclərdən ibarət qrup gecə saatlarında küçədə film çəkərkən qrupdan bir nəfər odlu silahdan atəş açıb.

Hadisə nəticəsində küçədə olan 5 yaşlı uşaq güllə yarasından hadisə yerində keçinib. Polis qrup üzvlərini həbs edib.

Qeyd edək ki, bu il ABŞ-da odlu silahla törədilmiş cinayətlərdə 40 mindən çox insan həyatını itirib. Onlardan 242-nin yaşı 12-dən az olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar