Azərbaycan Ordusu 44 günlük müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə məhv edib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
O qeyd edib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyə etmək üçün helikopter verə bilməyən ölkədən ən müasir PUA-lar verən Türkiyəyə çevirilib.