4 NƏHƏNGİN AĞ EV GÖRÜŞÜ:  Müzakirə mövzuları açıqlandı
14 sentyabr 2021 02:10 (UTC +04:00)

4 NƏHƏNGİN AĞ EV GÖRÜŞÜ: Müzakirə mövzuları açıqlandı

Sentyabrın 24-də ABŞ-ın paytaxtı Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) Zirvə görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə Reuters ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək.

Bu, “dördlüy”ün ilk birgə toplantısı olacaq.

Görüş zamanı ölkələrarası əlaqələrin dərinləşdirilməsi, pandemiyaya qarşı mübarizə tədbirləri, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar, habelə Hind-Sakit okeanı bölgəsində azadlığın təmin olunması istiqamətində əməkdaşlığı inkişaf etdirmək və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, bu ayın əvvəlində Bayden Avstraliyanın Baş naziri Skott Morrison ilə telefon danışığında “dördlüy”ün birgə zirvə görüşünün payızda keçirilməsinin planlaşdırıldığını razılaşdırmışdı.

Xatırladaq ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın təmsil olunduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun yaradılmasına 2007-ci ildə start verilib. 2019-cu ilin sentyabr ayında ilk dəfə olaraq adıçəkilən 4 dövlətin xarici işlər nazirlərinin dördtərəfli görüşü Nyu-Yorkda baş tutmuşdu.

# 1485
avatar

Oxşar yazılar

DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

27 mart 2024 , 07:59
Serbiya prezidendən paylaşım: "Tezliklə çox böyük təhlükə olacaq"

Serbiya prezidendən paylaşım: "Tezliklə çox böyük təhlükə olacaq"

27 mart 2024 , 07:38