Türkiyədə baş verən dəhşətli zəlzələdən axtarış-xilasetmə işləri davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Hatayda 296 saatdan sonra 40 yaşlı kişi xilas edilib.
O, xəstəxanaya yerləşdirilib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca yaralını ziyarət edib və onun son vəziyyəti ilə bağlı məlumat alıb.