2023-cü ildə hansı  münaqişələr yarana bilər?   - PROQNOZ
02 yanvar 2023 16:21 (UTC +04:00)

2023-cü ildə hansı münaqişələr yarana bilər? - PROQNOZ

Britaniyanın “The Guardian” qəzetinin köşə yazarı Saymon Tisdall yeni ildə münaqişələrin inkişaf edə biləcəyi bir neçə potensial qaynar nöqtələri sadalayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məqalədə deyilir ki, gərginliyin artmasının əlamətlərindən biri Yaponiyanın müdafiə xərclərini artırmaq istəyidir. Bu niyyətlərin həyata keçirilməsi ilə Yaponiya hərbi xərclərə görə 9-cu yerdən ABŞ və Çindən sonra üçüncü yerə yüksələcək.

Tisdall hesab edir ki, bu, Yaponiya hakimiyyətinin Tayvan ətrafında böhranın inkişafı ilə bağlı narahatlığını əks etdirir.

Onun fikrincə, Qərbin Asiyadakı vəziyyətdən narahatlığı müəyyən dərəcədə Ukraynadakı münaqişəyə də təsir edə bilər. “The Guardian”ın köşə yazarı hesab edir ki, xarici hadisələr və ABŞ və Avropanın dəyişən prioritetləri Kiyevə maliyyə və hərbi yardım axınına xələl gətirə bilər.

Tisdall başqa qaynar nöqtə kimi İsrail və İranı adlandırıb. O, İsrailin baş naziri Benyamin Netanyahunun İordan çayının qərb sahilindəki müdafiə nazirinin səlahiyyətlərini anti-ərəb koalisiyasındakı tərəfdaşlarına ötürməsi qərarının bölgədə ciddi eskalasiyaya təsir edə biləcəyinə diqqət çəkib.
 
Üçüncü problem, Tisdall hesab edir ki, Avropa İttifaqı və ABŞ arasında münasibətlərin gərginləşməsi ola bilər. O, Avropada tənqid edilən ABŞ prezidenti Co Baydenin inflyasiya ilə mübarizə üçün belə bir siyasət yürütmək qərarını xatırladıb ki, bu da Avropa istehsalına zərbə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Oxşar yazılar