11 yaşlı uşaq 1 gündə 2 nəfəri xilas etdi 
26 dekabr 2021 06:06 (UTC +04:00)

 11 yaşlı uşaq 1 gündə 2 nəfəri xilas etdi 

ABŞ-ın Oklahoma ştatının 11 yaşlı sakini polisin fəxri üzvü seçilib.

Lent.az-ın xəbərinə görə, məktəbli Devyon Conson bir gündə 2 nəfəri xilas etdiyi üçün bu titula layiq görülüb.

Belə ki, o, məktəbdə butulkanı açarkən qapağı udan sinif yoldaşını boğulmaqdan xilas edib. Polislə söhbətdə uşaq öz dostuna Heymlix metodu ilə yardım etdiyini və bu üsulu internetdə öyrəndiyini deyib.

Əhvalat bununla bitməyib. Dərsdən evə qayıdan uşaq məhdud hərəkət qabiliyyəti qadını yanan evdən çıxarıb.

Bu hərəkətdən sonra polis rəisi məktəblini qəbul edərək ona fəxri diplom verib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar