Türkiyədə iki zəlzələ olub
08 avqust 2012 10:42 (UTC +04:00)

Türkiyədə iki zəlzələ olub

Türkiyənin Manis bölgəsində zəlzələ olub. Lent.az-ın “haber türk”-ə istinadən verdiyi məlumata görə, bölgədə 4 bal və 4.1 bal gücündə iki zəlzələ baş verib.

Zəlzələ Araşdırmalar İnstitutundan verilən açıqlamada qeyd olunur ki, 4 bal gücündə ilk zəlzələ gecə saatlarında olub. Həmin yeraltı təkandan 40 dəqiqə sonra ikinci təkan baş verib.

Qeyd edək ki, insan tələfatı və dağıntı haqqında məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar