Qoyunlar çobanı SMS vasitəsilə köməyə çağıracaq
07 avqust 2012 19:27 (UTC +04:00)

Qoyunlar çobanı SMS vasitəsilə köməyə çağıracaq

İsveçrəli bioloqlar çobanı canavarların hücumu barədə xəbərdar edəcək sistemi sınaqdan keçirməyə başlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunun üçün qoyunların ürək döyüntülərini təyin edən simsiz sensorlardan istifadə ediləcək.

Qurğunun 2012-ci ilin payızında hazırlanıb başa çatdırılacağı gözlənilir. Sistemin fəaliyyət mexanizmi sadədir. Bioloqların sözlərinə görə, canavarların hücumu zamanı qoyunların ürək döyüntülərinin tezliyi 60-80-dən 225-dək artır. Ürək döyüntüsünün artmasını qeyd edən qurğu çobana SMS göndərəcək.
Qoyunların müdafiəsi proqramına Fransa və İsveçrə sərhədində yerləşən çəmənlərdə otlayan sürülər daxildir. Məhz bu ərazidə yüzillik fasilədən sonra canavarların qayıdışı qeydə alınıb. Onlar yerli təsərrüfatlara xeyli ziyan vurmağa qadirdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar