Medvedev 100 qram içib, kömür çıxarmağa getdi -
07 avqust 2012 16:59 (UTC +04:00)

Medvedev 100 qram içib, kömür çıxarmağa getdi -

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, baş nazir şaxtaçılarla görüşdən sonra şaxtaya enmək istəyib. O və onu səfərdə müşayiət edən Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, nəqliyyat naziri Maksim Sokolov, energetika naziri Aleksandr Novak və Kemerevo vilayətinin qubernatoru Aman Tuleyev xüsusi şaxtaçı geyimində, oksigen balonları ilə şaxtaya eniblər.

Amma şaxtaya enməmişdən əvvəl Aman Tuleyev Medvedevə bir şaxtaçı ənənəsini xatırladıb. Məlum olub ki, ənənəyə görə, şaxtaya ilk dəfə düşən 100 qram araq içməlidir. Medvedev ənənəni pozmayıb.

Bir kilometr yarım dərinlikdə yerləşən “Listvajnaya” şaxtasına enən Medvedev orda maraqlı fotolar da çəkib.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar