Əfqanıstanda partlayış: 7 ölü
07 avqust 2012 15:19 (UTC +04:00)

Əfqanıstanda partlayış: 7 ölü

Əfqanıstanın paytaxtında növbəti dəfə partlayış olub. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Kabilin Pagman mahalında yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 7 nəfər həlak olub.

Paytaxtın polis rəisi general Ayyub Salanq qeyd edib ki, hadisə nəticəsində 7 nəfərin ölümü ilə yanaşı, 2 nəfər də ağır yaralanıb.

Qeyd edək ki, bombanı uzaqdan idarə edən şəxs artıq həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar