Əsəd PKK üzvlərini həbsdən azad edir
07 avqust 2012 13:04 (UTC +04:00)

Əsəd PKK üzvlərini həbsdən azad edir

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bir aydır Türkiyədə olan Xums İnqilab Şurasının sözçüsü Xalid Əbu Salah Əsəd rejimi ilə terror təşkilatının birlikdə çalışdığını deyib. Salah qeyd edib ki, bunun ən böyük nümunəsi Qəndildən 4 min silahlı terrorçunun enərək Suriyadakı kürd bölgəsinə getməsidir.

İnqilab Şurasının kürd bölgəsindəki hadisələri yaxından izlədiyini vurğulayan Əbu Salahın verdiyi məlumata görə, Əsəd rejimi siyasi ittihamlarla həbs edilən 1200 terrorçunu azadlığa buraxıb. Bundan əlavə, kürd bölgəsində həbsdə olan 3 minə yaxın məhkum da azad edilib. Əbu Salah həbsdən çıxarılanların Afrindən Derikə qədər olan bölgəyə yerləşdirildiyini bildirib.

Qeyd edək ki, 1998-ci ildə terror təşkilatının rəhbəri Abdulla Öcalanın Suriyadan çıxarılmasıyla nəticələnən prosesdə imzalanan Adana sazişinə uyğun olaraq Dəməşq terrorçulara qarşı geniş miqyaslı həbslər həyata keçirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar