PKK terrorçuları 3 türk əsgəri qaçırdı
07 avqust 2012 10:43 (UTC +04:00)

PKK terrorçuları 3 türk əsgəri qaçırdı

Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular Lice-Bingöl avtomobil yolunu kəsərək, Trabzona gedən sərnişin avtobusunu saxlayıblar. Daha sonra isə PKK yaraqlıları avtobusda olan 3 əsgəri düşürərək özləri ilə aparıblar.

Qeyd edək ki, əsgərləri xilas etmək üçün bölgədə havadan və qurudan əməliyyat başlanılıb. Hadisə ilə bağlı avtobus sürücüsünün və sərnişinlərin ifadəsi alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar