Medvedev qatardan düşüb saqqız və kvas aldı
06 avqust 2012 16:55 (UTC +04:00)

Medvedev qatardan düşüb saqqız və kvas aldı

Rusiyanın baş naziri Dmitri Medvedev Sibir Federal Dairəsinə qatarla səfəri zamanı o qədər də böyük olmayan “Topka” stansiyasında alış-veriş edib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, baş nazir qatarın yarım saatlıq dayanmasından istifadə edərək vağzal ərazisində gəzib. Sərnişinlərlə söhbət edən Medvedev daha sonra vağzalın bufetinə baş çəkib.

Bufetçi qadın qarşısında baş naziri görəndə əvvəlcə çaşıb qalıb. Medvedev ona “hə, mənəm, Dmitri Medvedev” deyəndən sonra satıcı qadın özünə gəlib. Bundan sonra Medvedev bufetdən 3 ədəd yarım litrlik kvas, bir çörək və bir ədəd də saqqız alaraq 148 rubl 50 qəpik (təxminən 4 manat) ödəyərək vağzalı tərk edərək qatara minib.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar