Hələbdə qanlı döyüşlər gedir
Lent.az-ın məlumatına görə, Suriyanın “Əl-İhbariyyə” telekanalı Hələbə 20 mindən çox qoşun yeridildiyini bildirib.
Məlumata görə, Suriya ordusu Hələbdə üsyançıların mövqelərini ağır silahlardan və vertolyotlardan atəşə tutmaqda davam edir. Suriyanın hökumət yönlü “Suri əl-ən”-nin yaydığı məlumata görə, Əsədə sadiq qoşunlar Hələbin qərbində üsyançıların nəzarətində olan bir neçə rayonu azad edə bilib.
Amma qarşı tərəf bunu təkzib edir. Müxalifətin yaydığı məlumata görə, Hələbin 60 faizi hələ də onların nəzarətindədir.
Bu arada o da məlum olub ki, Suriya Azadlıq Ordusunu dəstək üçün ölkənin bir sıra yerlərindən hərbi dəstələr Hələbə doğru axışmaqdadır. Konkret İdlibdən və Həmadan müxalif qüvvələrin Hələbə doğru hərəkət etdiyi bildirilir.

613