Misir sərhədinə hücum edib İsrailə qaçmaq istədilər
Lent.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, MENA agentliyi hücum edənlərin “Əl-Cihad” təşkilatının üzvü olduqlarını bildirib.
Misir güc strukturlarının məlumatına görə, sərhəd məntəqəsinə hücum edənlər bir qədər əvvəl qaçırdıqları polis maşınından istifadə ediblər. Hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb. Misir təhlükəsizlik orqanlarının məlumatına görə, terrorçu qruplaşmanın 17 üzvü öldürülüb.
Bir neçə terrorçu əldə etdikləri zirehli maşınlarla İsrail tərəfə keçmək istəsələr də, hərbçilər tərəfindən zərərsizləşdiriliblər. “NEWSru Israel”-in məlumatına görə, üç terrorçu da bu ərazidə öldürülüb.

523