İki həftəyə 115 PKK terrorçusu məhv edilib
06 avqust 2012 12:21 (UTC +04:00)

İki həftəyə 115 PKK terrorçusu məhv edilib

Türkiyədə son iki həftə ərzində keçirilən əməliyyatlar zamanı 115 PKK terrorçusu öldürülüb. APA-nın məlumatına görə, bu rəqəmi Türkiyənin daxili işlər naziri İdris Naim Şahin açıqlayıb. O Hakkari bölgəsində mühasirəyə alınmış terrorçu qrupların. Şimali İraq qaçmasının qarşısını almaq üçün müvafiq tədbirlər görüldüyünü deyib. Bu gecə PKK terrorçularının qəfil hücumu nəticəsində 8 hərbçinin şəhid olmasına münasibət bildirən daxili işlər naziri hücuma dərhal cavab verildiyini, 14 terrorçunun atışma zamanı öldürüldüyünü, çoxlu sayda silah ələ keçirdiyini bildirib.

Qeyd edək ki, bu gecə PKK terrorçularının həyata keçirdiyi intihar hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi və iki köy qoruyucusu şəhid olub, 21 əsgər yaralanıb. Yaralıların vəziyyətinin ağır olmadığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar