Suriyada türk generalın tutulduğu iddia olunur
Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, belə bir xəbərlə İranın “Fars” İnformasiya Agentliyi xəbər yayıb.
Agentliyin yaydığı məlumatda o da iddia olunur ki, həmin general türk generalıdır və o, dindirilmək üçün Hələbdən paytaxtı Dəməşqə aparılıb. İranın xəbər agentliyi həmçinin onu da vurğulayıb ki, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və Qətər Suriyadakı terrorçulara və üsyançılara dəstək verir.
Qeyd edək ki, generalın kimliyi haqqında məlumat verməyən agentlik Suriyada daha əvvəl də 40 türk əsgərinin tutulduğunu iddia etmişdi. Lakin Türkiyə Xarici İşlər Nazirliyi bu xəbəri təsdiq etməmişdi.

496