
56 türk general və admiralı istefaya göndərilib
APA-nın məlumatına görə, buna səbəb orduda həmin general və admiralların rütbələrinə uyğun vəzifələrin olmaması və orduda xidmət üçün müəyyən olunmuş maksimum yaş həddinin çatmasıdır. Ali Hərbi Şuranın qərarı ilə 29 general və admiralın rütbəsi artırılıb, 47 polkovnikə general və admiral rütbəsi verilib, 33 general və admiralın hərbi xidmət dövrü bir il uzadılıb. Şuranın digər qərarı ilə Qalib Mendiyə ordu generalı rütbəsi verilib və o 2-ci orduya komandan təyin olunub. Şura “İnternet andıcı” adlanan cinayət işi üzrə haqqında həbs qərarı çıxarılan, lakin hazırda Gülhanə Hərbi Tibb Akademiyasında həkim nəzarətində olan general Nüsrət Taşdelerin Ali Hərbi Şuranın üzvlüyündən çıxarılması barədə tələbi rədd edib.
Oxşar yazılar

12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35