Obamanın dəyənəyi Türkiyəni qarışdırdı - FOTO
Türkiyənin Cümhuriyyət Xalq Partiyası ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğandan KİV-də yayılmış bir foto ilə bağlı parlamentdə hesabat verməyi tələb edib. Söhbət bir qədər əvvəl ABŞ prezidenti Barak Obamanın Ərdoğanla telefon danışığında əlində iri beysbol dəyənəyi tutması ilə bağlı qəzetlərdə çap olunmuş foto-şəkildən gedir.
Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının liderləri bu şəklə işarə edərək Ərdoğana kimin əmr verdiyi qənaətinə gəliblər. Müxalifət nümayəndələri bu fotonun Türkiyə və türk xalqına qarşı həqarət olduğunu da bildiriblər.
Obama və Ərdoğan arasında telefon danışığı bazar ertəsi olub. Telefon danışığında tərəflər Suriyada yaranan vəziyyəti müzakirə ediblər.
Yeri gəlmişkən, bir sıra Türkiyə KİV-i isə müxalifətdən fərqli olaraq fotoyla bağlı yaranan hay-küyü yumorla qarşılayıblar. Onlar bildirirlər ki, ən ağıllı addım Ərdoğanın Obama ilə növbəti telefon danışığı zamanı əlinə ayaqqabı, kəmər və ya şallaq götürərək şəkil çəkdirməsi ola bilər.

617