Türk ordusu 60 PKK terrorçusunu məhv etdi
04 avqust 2012 14:46 (UTC +04:00)

Türk ordusu 60 PKK terrorçusunu məhv etdi

Türkiyə təhlükəsizlik qüvvələri Hakkarinin Şəmdinli qəsəbəsində keçirilən əməliyyat zamanı 60 PKK terrorçusunu məhv ediblər. APA-nın “Milliyət” qəzetinə istinadən yaydığı məlumata görə, yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələri bir neçə gündən bəri Şəmdinli qəsəbəsində davam edən əməliyyatla bağlı rəsmi açıqlama yayacaq. Bölgədə mühasirəyə alınan 200-dən çox PKK terrorçusunun zərərsizləşdirilməsi əməliyyatına hərbi aviasiya havadan dəstək verir. Hazırda PKK silahlılarının mövqe tutduğu Goman dağı toplardan atəşə tutulur, təyyarələr terrorçuların sığındığı mağaraları bombalayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar