Obamanın altıncı onilliyinin ilk ili
20 yanvar 2009-cu il tarixdən Amerika Birləşmiş Ştatlarının prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olan Obama ABŞ-ın ilk qaradərili dövlət başçısıdır.
O, 2009-cu ildə Nobel sülh mükafatı alıb. Bu gün ikinci müddətə prezident seçilmək uğrunda mübarizə aparır. Ekspertlər isə artıq onun ölkəyə rəhbərliyinin yekunları üzərində baş sındırırlar.
Barak Obama 1961-ci il avqustun 4-də Havay adalarında anadan olub. Onun qaradərili atasının da adı Barak Obama, ağdərili anasının adı isə Anna Danham olub. Obamanın Kenyadan olan atası ilə Havay Universitetində tanış olublar.
B.Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirib. 1985-ci ildə Obama Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayıb. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirib və orada Harvard Hüquq İcmalının redaktoru olmuş ilk zənci amerikalı olub.
1992-ci ildə Barak Obama İllinoys VOTE (tərcüməsi - "səs" və ya "səsvermə" - red.) layihəsinin direktoru olub. Sonrakı ildə isə o, "Davis, Miner, Barnhill $ Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşıb. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçisi olub.
1996-cı ildə Obamanın Senat karyerası start götürüb. Həmin ildə B.Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilib. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşıb, amma bir neçə zəngin məhəllə də var.
ABŞ Senatına isə B.Obama 2004-cü ildə seçilib və Senat üzvü kimi fəaliyyətinə 2005-ci il yanvarın 4-dən başlayıb. O, özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53 faiz səslə udub.
Əslində B.Obamaya populyarlıq gətirmiş başlıca cəhət onun ədalət carçısı olmasıdır. O bütün ömrü boyu yoxsulluğa və işsizliyə qarşı, həmçinin insanların bərabərliyi uğrunda mübarizə aparıb. O, polis tərəfindən sorğu-sual edilən, saxlanılan və həbs edilən bütün şəxslərin qeydiyyatının aparılmasını tələb edən qanunvericilik sənədinin müəllifidir.
Tənqidçilərin fikrincə, Obamanın siyasətdə uğur qazanması onun ətrafdakılara qarşı anlaşma ilə yanaşa bilməsindədir. Başqaları isə onu “öz əsl təbiətini gizlətməyi bacaran hameleon” da adlandırırlar. Ümumiyyətlə, onun hansısa dinə qulluq edib-etmədiyini bilmək istəyənlərə cavab olaraq Obama "mən xristianam" deyə cavab verib. Onun atası isə müsəlman olub. Elə Obama özü də atası ilə birlikdə İndoneziyada yaşayarkən iki ilə müsəlman mədrəsəsində dərs alıb.
B.Obama evlidir, iki qızı var.
Səbuhi

507