Milyarder dinozavrları dirildir -ŞOK
03 avqust 2012 19:55 (UTC +04:00)

Milyarder dinozavrları dirildir -ŞOK

Lent.az-ın məlumatına görə, Palmer bu məqsədlə qədim kələzləri canlandırmaq üçün qoyunu klonlaşdıran alimlər tutub.

O, əvvəllər ikinci “Titanik” gəmisini inşa etdirmək planı ilə dünyanı heyrətə gətirmişdi. İndi isə milyarder öz fantaziyalarında daha da irəli gedib. Palmer parkı Brisbendən 120 km aralıdakı Kuluma şəhərində 3 milyard dollara aldığı kurortda qurmaq niyyətindədir.

Heyvanxana əhli DNK-nın köməyilə hərəkətə gələcək əsl dinozavrlar olacaq. Kömür maqnatının danışıqlar apardığı alimlər isə Dolli adlı qoyunu 1996-cı ildə klonlaşdıran şəxslərdir. Təcrübə uğurlu alınsa, qədim heyvanları xüsusi sədd arxasında saxlayacaqlar.

Genişmiqyaslı planlar barədə informasiya milyarderə yaxın mənbədən sızıb. Həmin mənbə daha öncə kurortda 20 mərtəbəli şpilin və “London gözləri”nə bənzər nəhəng müşahidə çarxlarının tikintisindən danışıb. Lakin Palmarın özü nə turist parkının inşası, nə də Yura dövrünə aid parkın salınma planı barədə xəbərləri şərh etmir. O, tezliklə keçirəcəyi mətbuat konfransında hər şeyə aydınlıq gətirəcəyini vəd edib.

Qeyd edək ki, Klayv Palmer bir neçə həftə öncə əfsanəvi “Titanik”in dəqiq surətinin inşası layihəsini təqdim edib. Gəminin əvvəlkindən yeganə fərqi münasib sayda xilasedici qayıqlarla təchiz olunacağı və daha böyük tarazlıq üçün 1 metr genişlənəcəyidir. Plana əsasən, “Titanik-2” ilk dəfə suya 2016-cı ilin sonlarında buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar