Pentaqon başçısı İsrail, Misir və Tunisə səfər edib
Ötən gün ABŞ-ın müdafiə naziri Leon Panetta İsraildə səfərdə olub. Lent.az-ın «Qolos Amerika»-ya istinadən məlumatına görə, Pentaqonun başçısı yəhudi dövləti rəhbərliyinə İranın atom dövləti olmasının qarşısını almaq üçün «bütün variantlardan», o cümlədən ölkəsinin hərbi gücündən istifadə edəcəklərinə söz verib.
İsrailli həmkarı Ehud Barakla birlikdə jurnalistlər qarşısında çıxışı zamanı L.Panetta bildirib ki, onun işi bütün variantları, o cümlədən diplomatik danışıqlar uğursuzluğa uğrayacağı halda hərbi güc tətbiqi planını prezident Barak Obamaya təqdim etməkdən ibarət olacaq: «Prezident Barak Obama açıq-aydın bildirdi ki, İranın atom dövləti olmasının qarşısının alınması mili təhlükəsizliyimizə aiddir. Ona görə də mən bütün variantların tətbiqini mümkünlüyünü bir daha vurğulayıram».
Ehud Barak isə sanksiya və diplomatik addımların nüvə proqramını dayandırması üçün İrana təsir etməyəcəyini bildirib.
Səfər çərçivəsində L.Panetta İsrail prezidenti Şimon Peres, baş nazir Binyamin Netaniyahu ilə də görüşəcək. Həmin görüşlərdə də İran məsələsi müzakirə ediləcək.
Pentaqonun başçısı İsraildən Misirə gedib. O, Misir prezidenti Məhəmməd Mursi ilə Vaşinqton – Qahirə arasında gələcək münasibətləri müzakirə edib. L.Panetta Misir hakimiyyətini əmin edib ki, ABŞ M.Mursiyə dəstəyi davam etdirmək niyyətindədir.
Qahirədən öncə Panetta Tunisə də səfər edib. O, bu ölkənin dinc yolla demokratiyaya keçidini yüksək dəyərləndirib.
Sədrəddin Soltan

Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29