Desantçılar Moskvada zirehli maşın qaçırdıb küçəyə çıxdılar
02 avqust 2012 17:45 (UTC +04:00)

Desantçılar Moskvada zirehli maşın qaçırdıb küçəyə çıxdılar

Lent.az-ın utro.ru-ya istinadən verdiyi xəbərə görə, Moskva şəhər yol polisi paytaxt küçələrində yüksək sürətlə hərəkət edən “Tiqr” zirehli maşınındakı sərxoş desantçıları saxlayıb.

Paytaxtın “Şabolovka” küçəsində bir avtomobili zədələyən desantçıları əvvəlcə saxlamaq mümkün olmayıb. Onların idarə etdiyi zirehli maşın daha iki avtomobili əzib. Məhz bundan sonra “Tiqr”ı dövrəyə alan polislər desantçıları durdura biliblər. Sərxoş desantçılar yaxınlıqdakı polis şöbəsinə aparılıb.

İlkin versiyaya görə, desantçılar zirehli maşını hərbi paradda çıxış başa çatandan sonra əldə edərək qaçırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar