Filippin və Tayvanda qasırğa: 27 ölü
Filippinin paytaxtı Manila və ətraf əraziləri cənginə alan “Saola” qasırğası nəticəsində 23 nəfər həyatını itirib. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, güclü qasırğa Filippinlə yanaşı, Tayvanı da öz cənginə alıb. Tayvanda baş verən qasırğa nəticəsində isə 4 nəfər ölüb.
Tayvanda qasırğa ilə yanaşı, güclü yağışların da yağması əkin sahələrinin su altında qalması, nəqliyyatın iflic olması ilə nəticələnib.
Qeyd edək ki, Tayvanın paytaxtındakı hava limanından onlarla təyyarə səfəri ləğv edilib.

501