Putin İngiltərədə Bəşər Əsədin məsələsini müzakirə edəcək
02 avqust 2012 11:41 (UTC +04:00)

Putin İngiltərədə Bəşər Əsədin məsələsini müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin 9 illik fasilədən sonra İngiltərəyə gedir. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İngiltərənin baş naziri David Cameronla görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Suriya böhranı başda olmaqla beynəlxalq problemlər müzakirə olunacaq.

İki liderin görüşündə həmçinin Bəşər Əsədin taleyi də müzakirə ediləcək. “Əsədlə bağlı daha əvvəl başlayan dialoqun davamını gözləyirik. Biz Suriya siyasətimizin səbəblərini çox dəqiq bir şəkildə ortaya qoyacağıq” - deyə, Kreml rəsmisi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar