Rəsmi Ağ Ev Qüdsü İsrailin paytaxtı kimi tanımır
01 avqust 2012 19:13 (UTC +04:00)

Rəsmi Ağ Ev Qüdsü İsrailin paytaxtı kimi tanımır

Ötən gün Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Mitt Romni İsrailə səfər edib. O, Qüdsdə ölkəsinin mövqeyinə zidd çıxış edib: «İsrailin paytaxtı Yerusəlimə səfərim məni çox mütəəssir etdi».

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obamanın mətbuat xidməti onun bu çıxışına özəl açıqlama verib. Ağ ev mətbuat xidməti katibinin müavini Coş Ernst bildirib: «Bizim baxışımız bu mövqedən fərqlidir. ABŞ-ın prezident administrasiyası hesab edir ki, paytaxt danışıqların finalından sonra müəyyənləşəcək».

O, əlavə edib ki, Romninin bəyanatı «prezident Bill Klintonun (Demokrat Partiyası) baxışlarına zidd olduğu kimi, Ronald Reyqanın (Respublikaçılar Partiyası) da baxışlarına ziddir».

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar