Arvadını yataqda başqası ilə tutdu, başını kəsib özü ilə apardı...
01 avqust 2012 17:55 (UTC +04:00)

Arvadını yataqda başqası ilə tutdu, başını kəsib özü ilə apardı...

Rusiyanın Yekaterinburq şəhərində əlində qan içində olan insan başı ilə küçələri gəzən gənc sakinləri şoka salıb. Lent.az-ın “lifenews.ru”-ya istinadən xəbərinə görə, polislər dərhal müqavimət belə göstərməyən gənci saxlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Yekaterinburq şəhər sakini, 30 yaşlı İqor Burimovdur. Burimov müstəntiqlərə bildirib ki, əlində gəzdirdiyi insan başı keçmiş arvadının aşnasının başıdır. Və həmin adamı bir saat əvvəl arvadı ilə birgə yataqda tutub.

Müstəntiqlər onu da ayırd ediblər ki, bu gün səhər saatlarında İqor keçmiş arvadı Olqanın yanına gələndə onu başqa bir kişi ilə görüb. Bıçağa əl atan İqor Olqanı öldürmək istəsə də, yaralanan qadın onun əlindən qaça bilib. Qısqanc ər Olqanın aşnası Aleksandrı həyətə çıxararaq sakinlərin gözü qarşısında onun başını kəsib. Bundan sonra Aleksandrın kəsilmiş başını da götürərək küçəyə çıxıb.

Hadisənin necə baş verdiyini görən şahidlər də tapılıb. Olqanın qonşusu Nadejda Serdikina bildirib ki, qışqırıq səsləri eşidərək pəncərədən baxıb: “Gördüm ki, Aleksandr qan içində qaçır. İqor isə əlində bıçaq onun dalınca yüyürür. İqor Aleksandrı gölməçəyə yıxdı və döyməyə başladı. Sonra isə bıçaqla vururdu. Mən dərhal polis çağırdım. Amma Aleksandrın səsi kəsilmişdi. Bundan sonra İqor onun saçından tutdu və bıçaqla qoyun kimi başını kəsməyə başladı. Sonra kəsilmiş başı pencəyinə bükdü və getdi”.

Hazırda İqor Burimovun psixoloji ekspertizadan keçirilməsi də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar