İrana qarşı yeni sanksiya Çin və İraqdan da yan ötməyib
01 avqust 2012 13:48 (UTC +04:00)

İrana qarşı yeni sanksiya Çin və İraqdan da yan ötməyib

Atom proqramında şəffaflığı təmin etmədiyi üçün ABŞ İrana qarşı sanksiyaları genişləndirir. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, budəfəki iqtisadi yasaqlar İslam Respublikasının energetika, neft-kimya və maliyyə sahələrini əhatə edib.

Məlumata əsasən, sənəddə ABŞ şirkətlərinə İranın neft-kimya müəssisələrinin məhsullarını almaq qadağan edilib. Bu qanuna görə İranın Milli Neft Şirkətinə və ölkənin başqa bu yönlü müəssislərinə beynəlxalq neft ticarəti etmək qadağan olunub.

İslam Respublikasının Mərkəzi Bankı ilə istə istənilən maliyyət əməliyyatı aparmaq, o cümlədən qiymətli kağızlar və metallar ticarətinə də yasaq tətbiq edilib.

ABŞ Çinin «Kunlun» və İraqın «Elaf Islamic» banklarına sanksiya qoyub. Onlar milyonlarla dolları İranın maliyyə qurumlarına ötürdükləri üçün «qara siyahıya» düşüblər. ABŞ prezidenti Barak Obamanın imzaladığı yeni sanksiyalarda bildirilib ki, ABŞ və Avropa Birliyi bu yolla Tehranın embarqolardan yayınaraq, neft tədarükü cəhdinin qarşısını alacaq. Sənəd Senat və Nümayəndələr Palatası ilə razılaşdırılıb. ABŞ hesab edir ki, İran neftdən gələn gəlirlərlə nüvə silahı əldə etmək istiqamətində fəaliyyət göstərir.

Rəsmi Tehran ünvanına söylənilənləri təkzib etməkdədir. Öz növbəsində Çin sanksiyaların ABŞ-la münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Bundan başqa sanksiyaların İranda neft hasilatına ciddi təsir göstərdiyi haqda da məlumatlar yayılıb. Məlumata əsasən, 2012-ci ilin iyununda İranda neft hasilatı 20 il öncəki minimum həddə enib. Çeşidli mənbələrin bildirdiyinə görə, neft embarqosundan Tehran 20-25 milyard dollar itirəcək.

Ölkə iqtisadiyyatının günü-gündən ağırlaşdığına dair də xəbərlər yayılır. Həmin xəbərlərə əsasən, son illərdə ölkə 1200-ə yaxın sənaye müəssisəsi qapadılıb. Düzdür, qapadılan müəssislərin sayı haqda rəsmi məlumatlar açıqlanmasa da, bunun çox olduğu da istisna edilmir. Çünki müəssisələr özəlləşdirmə adı altında da bağlanıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar